«İzmir Catering» kollektiv qidalanmanın təşkili üzrə aşağıdakı xidmətləri təklif edir:

  • Bütün müştərilərə büdcədən asılı olmayaraq fərdi yanaşma,
  • Yeməkxanaların layihələndirilməsi zamanı məsləhət,
  • Müştərilərin yeməkxanasında işçiləri yeməklə təmin etmək,
  • Müştərinin yemək hazırlamağa yeri olmadıqda isti yeməklərin çatdırılması (müştərinin istəyinə əsasən nahar və şam yeməklərinin təşkili),
  • VIP naharların təşkili,
  • Şəxsi və kollektiv əyləncə gecələri və bayramların (novruz və yeni il bayramları, barbekyu və sair) keçirilməsi üçün eksklüziv ideya və senarilər.
  • «İzmir Catering» öz müştərilərinə Azərbaycan, Türk və Avropa mətbəxinin yeməklərindən ibarət müxtəlif çeşidli səhər, nahar, şam və gecə yeməkləri təklif edir.

    Hər iki tərəfin razılığı əsasında həftəlik menyu tərtib olunur, təsdiqlənir və yeməklər bu menyuya uyğun olaraq hazırlanır.

    Peşəkar aşpazlarımız və dietoloqlarımız Sizin tələblərinizə və ehtiyacınıza uyğun menyular təqdim etməyə hazırdırlar.