«İzmir Restoranlar Qrupu» 2001-ci ildən etibarən ictimai iaşə sahəsi üzrə yüksək təcrübə ilə keyfiyyətli xitmətlər göstərmiş və göstərməktədir.

Bu illər ərzində onlarla müəssisələrlə iş birliyi qurmuş, onlara keyterinq xidmətləri göstərmiş və bu sahədə tanınaraq öndə gedən müəssisələr arasında özünə yer tutmuşdur.

Bizim texniki imkanlarımız müştərilərin bütün tələblərini maksimal səviyyədə həyata keçirməyə imkan verir. Biz isti yeməklərin çatdırılmasını və ofislərə paylanmasını öhdəmizə götürməyə hazırıq.

«İzmir RQ», Moody International LTD. tərəfindən HACCP Qida məhsullarının təhlükəsizliyinin idarəedilməsi sistemi (HACCP Food Safety Management Systems ISO 22000:2005) sertifikatı ilə təltif edilmiş, eyni zamanda digər instansiyalardan lisenziyalar almışdır.

ISO tələblərinə uyğun olaraq:

  • Hazır ərzaqların daşınması üçün istifadə olunan konteynerlərdə ərzağın keyfiyyətinə və gigiyenasına zərər verə biləcək defektlərin yaranmasına gündəlik vizual nəzarət edilir,
  • Hazırlanmış bütün yeməklərdən gündəlik nümunələr götürülərək 24 saat ərzində soyuducuda saxlanılır ki, zəhərlənmə baş verdiyi halda analiz üçün labaratoriyaya göndərilsin,
  • Yeməklərin temperaturuna qablaşdırma və təqdim edilmə zamanı nəzarət edilir,
  • Servis personalı təmizliyə, səliqə-səhmana nəzarət edilməsinə və tullantıların yığılıb çıxarılmasına cavabdehdir,
  • Mətbəx, yeməkxana, anbar və digər yardımçı binalar hər iş gününün sonunda tam təmizlənir,
  • Mətbəx və servis işçilərinin geyimləri səliqəli olur, bütün işlər gigiyenik əlcəklərdən və maskalardan istifadə etməklə həyata keçirilir,
  • Heyət mütəmadi olaraq tibbi yoxlamadan keçirilir və onların tibb kitabçalarında müvafiq qeydlər aparılır,
  • Bütün binalarda sanitar nəzarət həyata keçirilir,
  • Mətbəx və servis personalı şəxsi gigiyena, eləcə də qida məhsullarının hazırlanmasında gigiyena qaydaları və standarları üzrə xüsusi kurslarda təhsil almışlar,
  • Yeməklərin keyfiyyəti, xidmət şəraiti, xidmət heyətinin şəxsi gigiyena qaydalarına və vəzifə borclarına riayət edilməsi və s. mütəmadi qaydada rəhbərlik tərəfindən nəzarətdə saxlanılır, normadan yayınmalara, xidmət göstərilən personaldan daxil olan şikayətlərə dərhal reaksiya verilir və problemlərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər görülür.

    Yeməklərimizin yüksək keyfiyyəti şirkətimizin əsas məqsədidir. Bu məqsədlə, yeməklər hər gün yoxlanılır və daim nəzarətdə saxlanılır.